
- 16Dec2013
-
“Bank of Azerbaijan” ASC ilə rəsmi əməkdaşlıq
“VETO-CONSULTİNG” MMC daşınar və daşınmaz əmlakların (girov və ipoteka predmetlərinin) qiymətləndirilməsi sahəsi üzrə “Bank of Azerbaijan” ASC ilə rəsmi əməkdaşlığa başladı.
“Bank of Azerbaijan”-ın çox yüksək qiymətləndirilən 20-illik tarixi var. Bankın tarixdəki uğurları, onun bugünkü uğurlu fəaliyyəti üçün də əsas səbəblərdən biri olmuşdur. «Bank of Azerbaijan»-ın əsası, Azərbaycanın Mərkəzi Bankı tərəfindən verilmiş lisenziya əsasında 1993-cü ilin dekabr ayının 1-də qoyulmuşdur. Hal-hazırda “Bank of Azerbaijan” öz müştərilərinə, hesablaşma-kassa əməliyyatları, istehlakçı, kommersiya, ipoteka kreditlərinin verilməsi, əmanətlərin qəbul edilməsi, plastik kartların verilməsi, pul köçürmələri, bank seyflərinin icarəsi və s. daxil olmaqla, geniş spektrli xidmətlər təklif edir. Bank, biznesin kreditləşməsi və ipoteka kreditləşməsinə dair dövlət proqramlarında fəal iştirak edir. «Bank of Azerbaijan» korporativ idarəetmə sahəsində ISO-9001 beynəlxalq keyfiyyət sertifikatına layiq görülmüşdür ki, bu da «Bank of Azerbaijan»-da menecmentin səviyyəsinin yüksək olmasını bir daha təsdiq edir. Bank, Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin və Azərbaycan Sahibkarları Milli Konfederasiyasının, eləcə də VISA International beynəlxalq ödəniş sisteminin üzvüdür.
Tərəflər arasında imzalanmış 16 dekabr 2013-cü il tarixli əməkdaşlıq müqaviləsinə uyğun olaraq, “VETO-CONSULTİNG” Məhdud Məsuliyyətli Cəmiyyəti daşınar və daşınmaz əmlakların (girov və ipoteka predmetlərinin) qiymətləndirilməsi sahəsi üzrə “Bank of Azerbaijan” Açıq Səhmdar Cəmiyyəti ilə rəsmi əməkdaşlığa başlamışdır.