Fərdi hüquq xidmətləri

/
“Veto-Consulting” MMC fərdi müqavilələr üzrə aşağıdakı hüquq xidmətlərini göstərir:
  1.  Daşınmaz əmlaka dair hüquqların müdafiəsi və məhkəmə müdafiəsindən istifadə;
  2.  Daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və əmlakın sənədləşdirilməsi istiqamətində hüquqi yardım;
  3.  Qanunvericiliklə icazə verilən hallarda bütün dövlət və yerli özünüidarə orqanları və ya 3-cü şəxslər (hüquqi və ya fiziki) qarşısında nümayəndəlik və ya təmsilçilik;
  4.  Bütün növ hüquqi şəxslərin qeydiyyatı, ləğvi, birləşməsi, bölünməsi, ayrılması və gələcək fəaliyyətin hüquqi konsaltinqi;
  5.  Təsis sənədlərinə dəyişikliklərin əlavə edilməsi, müəssisələrin yenidən təşkili;
  6.  Nigahın pozulması və nigah pozulduqdan sonra yaranan əmlak mübahisələrinin həlli zamanı hüquqi yardım və təmsilçilik;
  7.  İstənilən sahə üzrə fəaliyyət göstərən təşkilat və ya müəssisələrin hüquqi baza ilə təmin olunması,
  8.  Müxtəlif sahələr üzrə müqavilələrin tərtib olunması, bağlanması, icrası, müqaviləyə dəyişikliklər edilməsi və müqaviləyə xitam verilməsi ilə bağlı mübahisələrin tənzimlənməsi;
  9.  İddia ərizələrinin, yazılı müraciətlərin və şikayətlərin hazırlanması və tərtib edilməsində köməklik;
  10.  Təqdim edilən sənədlərin hüquqi ekspertizasının keçirilməsi və müvafiq rəyin (yazılı və ya şifahi) verilməsi;
  11.  Hüquq məsələləri ilə bağlı yazılı və ya şifahi konsultasiyaların verilməsi;
  12.  Əcnəbilər üçün Azərbaycan Respublikasında tələb olunan müxtəlif növ sənədlərin haırlanmasında köməklik göstərilməsi, müvəqqəti yaşayış üçün icazə, iş icazəsi, vizanın uzadılması, müvəqqəti yaşayış icazəsinin uzadılması, yaşayış yeri üzrə qeydiyyat;
  13.  Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq xüsusi icazələrin (lisenziyaların) alınmasında hüquqi yardım;
  14.  Cinayət işləri;
  15.  İnzibati-iqtisadi işlər;
  16.  İnzibati xəta işləri.