Vakansiyalar

/

Hüquq xidmətləri üzrə mütəxəssis

Əmək haqqı: 500 AZN
Vəzifə öhdəliklərinin təsviri:

  • Şirkətə daxil olan müraciətləri təhlil edir və onların icrasına dair təklif hazırlayır;
  • Xidməti materiallar ilə işləyir, onları rəhbərliyə məruzə etmək üçün sistemləşdirir;
  • Kənar təşkilatlara göndərilən sənədlərin tərtibi və hazırlanmasında iştirak edir, daxil olan məktubların müəlliflərinə cavab məktubları hazırlayır;
  • Rəhbərlik tərəfindən həyata keçirilən iş bölgüsünə uyğun olaraq, müştərilərə keyfiyyətli və operativ hüquqi xidmətlərin göstərilməsini təmin edir;
  • İcraatında olan işlərlə bağlı aidiyyəti dövlət, bələdiyyə və məhkəmə orqanlarına müraciətlər hazırlayır, həmin orqanlara təqdim etmək məqsədi ilə zəruri sənədləri toplayır və müştəriləri həmin orqanlarda təmsil edir;
  • Korporativ müştərilərə keyfiyyətli hüquqi xidmətlərin göstərilməsini təmin edir;
  • Şirkətə daxil olan elektron müraciətlərin və qısa sorğuların cavablandırılmasında iştirak edir;
  • Müştərilərin sifarişi ilə məktubların, ərizələrin, şikayətlərin, iddia ərizələrinin və ya digər müraciət formalarının, eyni zamanda, müqavilələrin, korporativ müştərilər üçün daxili təlimat və qaydaların və sair sənədlərin layihələrini hazırlayır;
  • Rəhbərliyin verdiyi gündəlik tapşırıqların yerinə yetirilməsini təmin edir.

Tələblər

  • Ali hüquq təhsilli
  • Azı 2 il hüquq sahəsində iş təcrübəsi
  • Yaş həddi 20 – 35
  • Ofis proqramlarından (Word, Excel, Outlook, İnternet) sərbəst istifadə etməli
  • Ofis avadanlıqları ilə işləmək bacarığı (printer, scan, faks)
  • İşgüzar münasibət etikasını bilməli
  • İşində səliqəli, məsuliyyətli və ünsiyyətcil olmalı
  • Təşkilatçılıq bacarığı
  • Sənədləşmə işinin aparılması bacarığı
  • Azərbaycan və ingilis dillərində sənədlərin və məktubların yazılması bacarığı

İş qrafiki:
Bazar ertəsi – Cümə: 9:00 – 18:00

 

Qiymətləndirmə üzrə mütəxəssis

Əmək haqqı: 400 AZN
Vəzifə öhdəliklərinin təsviri:

  • Şirkətə daxil olan müraciətləri təhlil edir və onların icrasına dair təklif hazırlayır;
  • Xidməti materiallar ilə işləyir, onları rəhbərliyə məruzə etmək üçün sistemləşdirir;
  • Kənar təşkilatlara göndərilən sənədlərin tərtibi və hazırlanmasında iştirak edir, daxil olan məktubların müəlliflərinə cavab məktubları hazırlayır;
  • Rəhbərlik tərəfindən həyata keçirilən iş bölgüsünə uyğun olaraq, qiymətləndirmə fəaliyyətini mərhələli şəkildə həyata keçirir;
  • Qiymətləndirmə predmetinə ilkin olaraq yerində hərtərəfli baxış keçirir, müvafiq qeydlərini aparır və obyektin fotoşəkillərini çəkir;
  • Predmetin dəyərinin müəyyən olunması məqsədilə müvafiq bazarı araşdırır, şirkətin partnyorları ilə əlaqə saxlayaraq zəruri məlumatları əldə edir, dəyərin müəyyən olunması üçün uyğun metodu təyin edir və zəruri formullardan da istifadə etməklə yekun dəyəri müəyyən edir;
  • Qiymətləndirmə predmetinin yekun dəyərinin maksimum dərəcədə reallığı əks etdirməsi məqsədilə bütün zəruri tədbirlərin görülməsini təmin edir;
  • Qiymətləndirməyə dair hesabat layihəsini hazırlayır və rəhbərliyə təqdim edir;
  • Rəhbərliyin verdiyi gündəlik tapşırıqların yerinə yetirilməsini təmin edir.

Tələblər

  • Ali təhsil
  • Azı 2 il qiymətləndirmə sahəsində iş təcrübəsi
  • Yaş həddi 20 – 35
  • Ofis proqramlarından (Word, Excel, Outlook, İnternet) sərbəst istifadə etməli
  • Ofis avadanlıqları ilə işləmək bacarığı (printer, scan, faks)
  • İşgüzar münasibət etikasını bilməli – İşində səliqəli, məsuliyyətli və ünsiyyətcil olmalı
  • Təşkilatçılıq bacarığı
  • Sənədləşmə işinin aparılması bacarığı

İş qrafiki:
Bazar ertəsi – Cümə: 9:00 – 18:00

 

× Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini  [email protected]  ünvanına, mövzu yerində vakansiya adını yazaraq göndərə bilərlər. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslər müsahibə üçün dəvət olunacaqlar.