Archives

11Dec2015

“Merkuri” bank olmayan kredit təşkilatı ilə əməkdaşlıq

“Merkuri” bank olmayan kredit təşkilatı Azərbaycan Respublikası vətəndaşlarına müasir kredit texnologiyaları tətbiq etməklə maliyyə xidmətləri göstərmək üçün yaradılmışdır. Təşkilat 26 Sentyabr 2012-ci il tarixində Məhdud Məsuliyyətli Cəmiyyət olaraq dövlət qeydiyyatına alınmışdır. Təşkilata Azərbaycan Respublikası Mərkəzi bankı tərəfindən 01 Fevral 2013-cü il tarixində kreditlərin verilməsi və “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş
11Dec2015

“Azərbaycan Beynəlxalq Bankı” ilə əməkdaşlıq

Azərbaycan Beynəlxalq Bankı Azərbaycanın və ümumilikdə regionun maliyyə bazarının aparıcı banklarındandır. Bank 40-dan çox şəhərdə 36 filiala və 95 xidmət məntəqəsinə malikdir. Cənubi Qafqaz regionunda olan banklar arasında ABB ən çox aktivə, müştəri bazasına və beynəlxalq əməliyyatlar portfelinə malik qurumdur. ABB-nin 30 mindən çox korporativ və 400 min fərdi müştərisi mövcuddur. Azərbaycan Respublikası ərazisində fəaliyyət
10Dec2015

“Azər Türk Bank” ASC ilə əməkdaşlıq

“Azər Türk Bank” Açıq Səhmdar Cəmiyyəti 11 iyul 1995-ci ildən fəaliyyətdədir. Bankın səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. “Azər Türk Bank” ASC Türkiyə, ABŞ, İngiltərə, Almaniya və Rusiya bankları ilə müxbir münasibətlərə malikdir. Bank korporativ və fiziki müştərilərə geniş məhsul və xidmətlər təklif edir. Bank Bakı Banklararası Valyuta Birjasının, Azərbaycan Banklar Assosiasıyasının, Bakı Fond Birjasının,
?>