Məktub yazın
bağla
bağla

“PAŞA Sığorta” ASC ilə əməkdaşlıq

/
14Nov2013

“PAŞA Sığorta” ASC ilə əməkdaşlıq

“VETO-CONSULTİNG” MMC sığorta hadisələrinin qiymətləndirilmısi üzrə “PAŞA Sığorta” ASC ilə rəsmi əməkdaşlığa başladı.

 

“PASHA Holding” Azərbaycanın ən iri investisiya korporasiyalarından biridir. Yaradıldığı tarixdən – 2006-cı ilin 1 noyabrından başlayaraq, cəmi bir neçə il ərzində “PASHA Holding”in fəaliyyəti istehsal və maliyyə sferalarının geniş diapazonunu əhatə etdi. Hal-hazırda holdinq sığorta, bank, tikinti, turizm və digər sahələrdə fəaliyyət göstərir. Adı çəkilən holdinqə daxil olan “PAŞA Sığorta” sığorta şirkəti fəaliyyətini ISO 9001:2008 beynəlxalq standartında təsvir olunmuş Keyfiyyətin Menecmenti Sisteminə (Quality Management System) müvafiq olaraq həyata keçirir. ISO 9001:2008 standartına uyğunluq sertifikatının mövcudluğu, partnyorun müəyyən etibarlılıq dərəcəsini müəyyən edir ki, bu da onun stabilliyinin təsdiqi deməkdir.

 

Tərəflər arasında imzalanmış 14 noyabr 2013-cü il tarixli əməkdaşlıq müqaviləsinə uyğun olaraq, “VETO-CONSULTİNG” Məhdud Məsuliyyətli Cəmiyyəti, sığorta hadisələrinin (sığorta hadisəsi nəticəsində dəymiş zərərin) qiymətləndirilməsi sahəsi üzrə “PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyəti ilə rəsmi əməkdaşlığa başlamışdır.