![](https://vetoconsulting.az/wp-content/uploads/2018/03/xeyal-2-1.jpg)
- 16Mar2018
-
“Veto Consulting”-dən XOŞ XƏBƏR!
10 mart 2018-ci ildə Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) növbədənkənar konfransı keçirilib.
Konfransda Milli Məclisin üzvləri, dövlət qurumlarının nümayəndələri, qiymətləndirmə işi üzrə beynəlxalq və respublika səviyyəli ekspertlər, KİV və QHT nümayəndələri iştirak edib.
Konfransda çıxış edənlər bildiriblər ki, AQC qiymətləndirmə sahəsində ilk yaradılan Cəmiyyət olmaqla yanaşı, bir çox üstünlüklərə malikdir. Son 20 ildə Azərbaycanın maliyyə, əmlak, və konkret biznes sahələrində böyük nəaliyyətlər əldə edən AQC konkret layihələrə imza atmaq niyyəti ilə bir sıra müzakirələr aparmışdır. Müzakirə əsnasında AQC-nin işində yaxın zamanda kəskin dönüş yaratmaq məqsədilə ətraflı “Fəaliyyət Planı” hazırlanaraq təsdiq edilməsinin və yerinə yetirilməsinə ciddi nəzarət olunmasının vacibliyi qeyd olunub.
Konfransda AQC-nin İdarə Heyətinin yeni tərkibdə 11 nəfərdən ibarət üzvləri və 3 nəfərdən ibarət Təftiş Komissiyasının üzvləri seçilib. Təşkilatın fəaliyyətinin daha effektiv və koordinasiya olunmuş şəkildə həyata keçirilməsi üçün idarə heyətinə seçilmiş şəxslər qarşısında müvafiq istiqamətlər üzrə vəzifələr qoyulub. Eyni zamanda “Veto Consulting” MMC adından şirkəti təmsil edən Xəyal İsmayılov da İdarə Heyətinə üzv seçilmişdir ki, bunu da “Veto Consulting” uğuru kimi dəyərləndirmək olar.