“VETO-CONSULTİNG” Məhdud Məsuliyyətli Cəmiyyəti yenidən “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin müvəkkil qiymətləndirmə şirkətlərinin siyahısına daxil edildi

/
16Dek2016

“VETO-CONSULTİNG” Məhdud Məsuliyyətli Cəmiyyəti yenidən “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin müvəkkil qiymətləndirmə şirkətlərinin siyahısına daxil edildi

Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2016-cı il tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na əsasən müvəkkil kredit təşkilatlarının ipoteka predmeti olan əmlaklarının qiymətləndirilməsinin yalnız müvəkil qiymətləndiricilər tərəfindən həyata keçirilməsini təmin etməlidilər. Hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə cavab verən, qiymətləndirmə sahəsində hüquqi şəxs olaraq fəaliyyət göstərən yalnız 7 şirkət “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin müvəkil qiymətləndiricilər siyahısına daxil edilmişdir ki, onlardan da biri “VETO-CONSULTİNG” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

 

“VETO-CONSULTİNG” Məhdud Məsuliyyətli Cəmiyyəti 7 dekabr 2016-cı il tarixindən təkrar olaraq “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin müvəkkil qiymətləndirmə şirkətlərinin siyahısına daxil edilmişdir.