“XalqBank”-la əməkdaşlıq

/
29Avq2014

“XalqBank”-la əməkdaşlıq

“XalqBank” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilən 27 dekabr 2004-cü il tarixli 246 saylı lisenziya əsasında fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi ötən 10 il ərzində Xalq Bank  Azərbaycanın maliyyə bazarının aparıcı üzvlərindən birinə çevrilmiş və hazırda ölkəmizin ən güclü bankları arasında ilk sıralarda qərar tutmaqdadır.

 

Hal-hazırda Xalq Bankın nizamnamə kapitalının həcmi 197 milyon manatdır. Nizamnamə kapitalının bu cür yüksək səviyyəsi Xalq Banka öz öhdəliklərini əminliklə yerinə yetirməyə zəruri maliyyə imkanı verir və onun ödəmə qabiliyyətliliyinə zəmanət verir. Bundan başqa, Bankın öz vəsaitləri ilə kifayət qədər təmin olunması, onun gələcək inkişafı üçün zəruri potensialının mövcudluğundan xəbər verir.

 

“VETO-CONSULTİNG” Məhdud Məsuliyyətli Cəmiyyəti 2014-cü ilin mart ayından etibarən daşınar və daşınmaz əmlakların (girov və ipoteka predmetlərinin) qiymətləndirilməsi sahəsi üzrə “XalqBank” Açıq Səhmdar Cəmiyyəti ilə əməkdaşlığa başlamışdır.