I fəsil

ÜMUMİ MÜDDƏALAR

Bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir.

Maddə 1. Əsas anlayışlar

1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. Daşınmaz əmlak – üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələrdir;

1.0.2. Daşınmaz əmlakın dövlət reyestr nömrəsi (reyestr nömrəsi) – Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq zamanca və Azərbaycan Respublikasının ərazisində dəyişməyən, təkrarolunmaz, daşınmaz əmlak obyektinin vahid şəkildə olduğunu göstərən nömrədir;

1.0.3. Hüququn məhdudlaşdırılması (məhdudiyyət, yüklənmə) – qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalardır (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və sairə);

1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır.

Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı

Ətraflı 

I fəsil

ÜMUMİ MÜDDƏALAR

Maddə 1.      Torpaq islahatının məqsədi və vəzifələri

Torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq vənəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir.

Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir.

Maddə 2.      Torpaq islahatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Torpaq islahatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, “Aqrar islahatının əsasları haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, Azərbaycan Respublikasının Torpaq Məcəlləsindən və digər normativ aktlardan ibarətdir.

Maddə 3.      Torpaq islahatının obyekti

Torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur.
Torpaq islahatı zamanı vahid torpaq fondunda:
dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları);
bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları);
xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir.

Maddə 4.      Torpaqların xüsusi mülkiyyətə və istifadəyə verilməsi

Ətraflı 

Vətəndaşların dövlət orqanlarına təkliflər, ərizə və şikayətlərlə müraciət etməsi insan hüquqlarının həyata keçirilməsində və qorunmasında mühüm vasitədir.

Maddə 1. Müraciət etmək hüququ

Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir.

Maddə 2. Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında qanunvericilik

Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.

Maddə 3. Əsas anlayışlar

Ətraflı 

Bu Qanun mülki hüquqi müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsaslarını, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydalarını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir, habelə bu sahədə digər münasibətləri tənzimləyir.

I fəsil

ÜMUMİ MÜDDƏALAR

M a d d ə 1. Əsas anlayışlar

1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənalan daşıyır:
1.0.1. ipoteka – öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur;
1.0.2. ipoteka kağızı – ipoteka hüququnu təsbit edən adlı qiymətli kağızdır;
1.0.3. ipoteka kağızının qanuni sahibi – ipoteka kağızı üzərində sahiblik hüququ əldə edən şəxsdir;
1.0.4 ipoteka qoyan – ipoteka predmeti olan əşyanı girov qoyan şəxsdir. İpoteka qoyan həm borclu, həm də üçüncü şəxs ola bilər;
1.0.5. ipoteka saxlayan – ipoteka hüququ olan və ipoteka qoyanın digər kreditorlarına nisbətən üstün qaydada ipoteka predmeti hesabına əsas öhdəliyin icrasını tələb etmək hüququ olan şəxsdir, o cümlədən ipoteka kağızının qanuni sahibidir;
1.0.6. ipoteka hüququ – borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur;
1.0.7. ipoteka müqaviləsi – əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddir;
1.0.8. əsas öhdəlik – əsas müqavilədən yaranan və icrası ipoteka ilə tam və ya qismən təmin edilən borc və digər öhdəliklərdir;
1.0.9. ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

M a d d ə 2. İpoteka haqqında qanunvericilik

Ətraflı 

Bu Qanun Azərbaycan Respublikasında əmlakın qiymətləndirilməsi fəaliyyətinin (bundan sonra “qiymətləndirmə fəaliyyəti” adlandırılacaqdır) ümumi prinsiplərini müəyyən edir, habelə bununla bağlı yaranan təşkilati, iqtisadi və hüquqi münasibətləri tənzimləyir.

Maddə 1. Qiymətləndirmə fəaliyyəti haqqında qanunvericilik

Azərbaycan Respublikasında qiymətləndirmə fəaliyyəti haqqında qanunvericilik bu qanundan, digər qanunvericilik aktlarından, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Maddə 2. Qiymətləndirmə fəaliyyətinin subyektləri

Fəaliyyətləri bu qanunla tənzimlənən hüquqi və fiziki şəxslər (qiymətləndiricilər) və onların xidmətlərinin istehlakçıları (sifarişçilər) qiymətləndirmə fəaliyyətinin subyektləridir.

Maddə 3. Qiymətləndirmə fəaliyyətinin obyektləri

Qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir.

Maddə 4. Mülkiyyətçilərin öz əmlakını qiymətləndirmək hüquqları

Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin öz əmlakını qiymətləndirmək hüququ vardır. Qiymətləndirmənin nəticələri mühasibat və statistika uçotu və hesabatlarında düzəlişlər etmək üçün istifadə oluna bilər.

Maddə 5. Məcburi qiymətləndirmə halları

Ətraflı 

I fəsil

ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Qanunun təyinatı

Bu Qanun Azərbaycan Respublikasının ərazisində hüquqi şəxslərin dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasının hüquqi və təşkilati əsaslarını müəyyən edir.

Maddə 2. Əsas anlayışlar

2.0. Bu Qanunda aşağıdakı anlayışlardan istifadə edilir:
2.0.1. hüquqi şəxs – Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur;
2.0.2. xarici hüquqi şəxs – Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış hüquqi şəxsdir;
2.0.3. hüquqi şəxs statusu almaq istəyən qurum – hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması və dövlət reyestrinə daxil edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət edən şəxs və ya şəxslər qrupudur;
2.0.4. nümayəndəlik – Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur;

Ətraflı 

Birinci fəsil

ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Vətəndaşlıq hüququ

 Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı,  habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan  Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.

Maddə 2. Vətəndaşlıq hüququnun təminatı

 Azərbaycan Respublikası Konstitusiyasının 53-cü maddəsinin I hissəsinə görə, Azərbaycan Respublikasının vətəndaşı heç bir halda  Azərbaycan Respublikasının vətəndaşlığından məhrum edilə bilməz.

Azərbaycan Respublikası Konstitusiyasının 53-cü maddəsinin II hissəsinə görə, Azərbaycan Respublikasının vətəndaşı heç bir halda  Azərbaycan Respublikasından qovula və ya xarici dövlətə verilə bilməz.

Azərbaycan Respublikası Konstitusiyasının 53-cü maddəsinin III hissəsinə görə, Azərbaycan Respublikası onun ərazisindən kənarda  müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir.

Vətəndaşlıq hüququnun təminatı üçün Azərbaycan dövləti öz orqanlarının və vəzifəli şəxslərinin simasında Azərbaycan Respublikası  vətəndaşları qarşısında məsuliyyət daşıyır.

Maddə 3. Bərabər vətəndaşlıq

Ətraflı