Növbəti nailiyyətimiz

/
13Dek2013

Növbəti nailiyyətimiz

“VETO-CONSULTİNG” MMC 13 dekabr 2013-cü il tarixində sığorta bazarının peşəkar iştirakçılarının dövlət ryestrinə daxil olundu.

 

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 14 noyabr 2008-ci il tarixli İ-110 nömrəli əmri ilə təsdiq edilmiş “Sığorta bazarının peşəkar iştirakçılarının reyestrinin aparılması Qaydaları”na əsasən, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən sığortaçıların, sığorta vasitəçilərinin, o cümlədən xarici təkrarsığortaçıların və xarici sığorta brokerlərinin, habelə sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərin və müvafiq müstəqil ekspertlərin reyestri aparılır. Hazırda, qüvvədə olan qanunvericiliyin tələblərinə cavab verən cəmi 16 şirkət sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxs olaraq yuxarıda qeyd olunan reyestrə daxil edilmişdir ki, onlardan biri “VETO-CONSULTİNG” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

 

“VETO-CONSULTİNG” Məhdud Məsuliyyətli Cəmiyyəti 13 dekabr 2013-cü il tarixindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sığorta Nəzarəti Xidməti tərəfindən aparılan “Sığorta Bazarının Peşəkar İştirakçılarının Reyestri”nə daxil edilmişdir.