İpoteka Fondunun tərəfdaşı olduq

/
30Aug2014

İpoteka Fondunun tərəfdaşı olduq

“VETO-CONSULTİNG” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun müvəkkil qiymətləndirmə şirkətlərinin siyahısına daxil edildi.

 

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2006-cı il 09 fevral tarixli qərarı ilə (protokol № 3) təsdiq edilmiş “Azərbaycan Respublikasının Mərkəzi Bank nəzdində Azərbaycan İpoteka Fondunun yenidən maliyyələşdirdiyi ipoteka kreditlərinin müvəkkil kredit təşkilatları tərəfindən verilməsinə dair standart Tələblər”in 5.19-cu bəndinə əsasən müvəkkil kredit təşkilatları ipoteka predmeti olan əmlakların qiymətləndirilməsinin yalnız müvəkkil qiymətləndiricilər tərəfindən həyata keçirilməsini təmin etməlidirlər. Hazırda, qüvvədə olan qanunvericiliyin tələblərinə cavab verən cəmi 14 şirkət qiymətləndirmə sahəsində fəaliyyət göstərən hüquqi şəxs olaraqAzərbaycan İpoteka Fondunun əməkdaşları olan müvəkkil qiymətləndiricilər siyahısına daxil edilmişdir ki, onlardan biri “VETO-CONSULTİNG” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

 

“VETO-CONSULTİNG” Məhdud Məsuliyyətli Cəmiyyəti 18 avqust 2014-cü il tarixindən Azərbaycan Respublikası Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun müvəkkil qiymətləndirmə şirkətlərinin siyahısına daxil edilmişdir.