Tərəfdaşlar

/

“XalqBank” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilən 27 dekabr 2004-cü il tarixli 246 saylı lisenziya əsasında fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi ötən 10 il ərzində Xalq Bank Azərbaycanın maliyyə bazarının aparıcı üzvlərindən birinə çevrilmiş və hazırda ölkəmizin ən güclü bankları arasında ilk sıralarda qərar tutmaqdadır. Hal-hazırda Xalq Bankın nizamnamə kapitalının həcmi 197 milyon manatdır. Nizamnamə kapitalının bu cür yüksək səviyyəsi Xalq Banka öz öhdəliklərini əminliklə yerinə yetirməyə zəruri maliyyə imkanı verir və onun ödəmə qabiliyyətliliyinə zəmanət verir. Bundan başqa, Bankın öz vəsaitləri ilə kifayət qədər təmin olunması, onun gələcək inkişafı üçün zəruri potensialının mövcudluğundan xəbər verir. “VETO-CONSULTİNG” Məhdud Məsuliyyətli Cəmiyyəti 2014-cü ilin mart ayından etibarən daşınar və daşınmaz əmlakların (girov və ipoteka predmetlərinin) qiymətləndirilməsi sahəsi üzrə “Xalq Bank” Açıq Səhmdar Cəmiyyəti ilə əməkdaşlığa başlamışdır.

 
 

Azərbaycan Beynəlxalq Bankı Azərbaycanın və ümumilikdə regionun maliyyə bazarının aparıcı banklarındandır. Bank 40-dan çox şəhərdə 36 filiala və 95 xidmət məntəqəsinə malikdir. Cənubi Qafqaz regionunda olan banklar arasında ABB ən çox aktivə, müştəri bazasına və beynəlxalq əməliyyatlar portfelinə malik qurumdur. ABB-nin 30 mindən çox korporativ və 400 min fərdi müştərisi mövcuddur. Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən böyük və orta ölçülü müəssisələrin bir çoxu ABB-nin müştərisidir. Beynəlxalq icmallara əsasən, ABB dünyanın ən böyük və sabitlik göstəricisinə malik bankları sırasında qərar tutur.

“VETO-CONSULTİNG” Məhdud Məsuliyyətli Cəmiyyəti 18 may 2015-ci il tarixindən, Azərbaycan Beynəlxalq Bankı ilə qiymətləndirmə sahəsində rəsmi əməkdaşlığa başlamışdır.

 
 

“NİKOIL | BANK” – ın Azərbaycanda fəaliyyət tarixi 1994-cü ildən, yəni “Ülpər” Azərbaycan Kommersiya Bankının yarandığı gündən başlayır. Daha sonralar Azərbaycan İnvestisiya Şirkəti Qapalı Səhmdar Cəmiyyətinə çevrildi. “NİKOYL” (AİŞ “NİKOYL”). “NİKOYL” AİŞ 1998-ci ildə “Ülpər” KB-nin səhmdarlarından birinə çevrilib.
2002-ci ilin yanvar ayında, “Ülpər” KB-nin ləğv edilməsi nəticəsində bankın səhmlərinin 60%-ni “NİKOYL” AİŞ, 40%-ni isə ölkənin yanacaq bazarının ən iri operatoru QTSC “Lukoyl-Azərbaycan” əldə edir.
Beləliklə, “NİKOYL” İnvestisiya Kommersiya Bankı yaranır. Təşkilatın Nizamnaməsi 25 aprel 2002-ci il tarixdə AR Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınaraq, Dövlət qeydiyyatı haqqında 11 aprel 2002-ci il tarixli 203 nömrəli şəhadətnamə verilmişdir.

 
 

2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC (lisenziya №254) hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir. Bura istehlak və biznes kreditləri, əmanətlər, hesablaşma-kassa əməliyyatları, plastik kartlarla əməliyyatlar, kommunal və rabitə xidmətlərinin ödənişi, yerli və beynəlxalq pul köçürmələri və s. daxildir.

 
 

“Azər Türk Bank” Açıq Səhmdar Cəmiyyəti 11 iyul 1995-ci ildən fəaliyyətdədir. Bankın səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. “Azər Türk Bank” ASC Türkiyə, ABŞ, İngiltərə, Almaniya və Rusiya bankları ilə müxbir münasibətlərə malikdir. Bank korporativ və fiziki müştərilərə geniş məhsul və xidmətlər təklif edir. Bank Bakı Banklararası Valyuta Birjasının, Azərbaycan Banklar Assosiasıyasının, Bakı Fond Birjasının, MilliKart Prosessinq Mərkəzinin, SWIFT və HÖP ödəniş sistemlərinin, habelə Western Union, UPT, Contact və Monex beynəlxalq təcili pul köçürmə sistemlərinin, eyni zamanda MasterCard İnternational beynəlxalq kart təşkilatının tərəfdaşıdır. Öz hesabına və ya müştərilərin hesabına qiymətli metalların və daş-qaşların satın alınması və satılması, qiymətli metalların əmanətə cəlb edilməsi və yerləşdirilməsi üzrə fəaliyyət növləri istisna olmaqla, Azər Türk Bank “Banklar haqqında” Qanunla nəzərdə tutulmuş digər fəaliyyət növlərini, o cümlədən fiziki və hüquqi şəxslərdən depozitlərin qəbulunu, fərdi və korporativ müştərilərə kreditlərin verilməsini, köçürmə və hesablaşma-kassa əməliyyatlarının aparılmasını, eləcə də digər maliyyə xidmətlərini həyata keçirir.

“VETO-CONSULTİNG” Məhdud Məsuliyyətli Cəmiyyəti 13 oktyabr 2014-cü il tarixindən Azər Türk Bankla qiymətləndirmə sahəsində rəsmi əməkdaşlığa başlamışdır.

 
 

- 1993-cü ildən uğurla fəaliyyət göstərən AtaBank Azərbaycanın ən böyük kommersiya banklarından biridir. AtaBank yüksək texnologiyalı universal bank hesab olunur və öz korporativ və fərdi müştərilərinə tam xidmətlər kompleksi təqdim edir. O, ölkənin ən etibarlı maliyyə strukturlarındandır. 2010 – AtaBank MDB məkanında bir ilkə imza atdı. Visa Electron Vertical kartını buraxmaqla «yenilikçi» statusunu möhkəmləndirdi.
- 2011 – AtaBank Cənubi Qafqazda ilk dəfə olaraq ətirli kartlar emissiyasına başladı. Bankın müştəriləri Visa Elektron Aroma Lemon və Visa Classic Aroma Coffee kartları ilə AtaBank fərqini bir daha duydular.
- 2011 – AtaBank “Golden Pay” şirkəti ilə birlikdə bazara yeni “Bill Pay” adlı elektron ödəniş sistemini təqdim etdi.
- 2012-ci ildə “Fitch Ratings” beynəlxalq reytinq agentliyi “AtaBank” ASC-nin uzunmüddətli reytinqini “B-”, “Sabit”, qısamüddətli reytinqini isə “B” səviyyəsində qiymətləndirilmişdi.
- 2013 – MasterCard Beynəlxalq ödəniş sisteminin tam hüquqlu üzvü olan AtaBank bu sistemin 4 məhsulunun (Maestro, MasterCard Standard, MasterCard Gold, MasterCard Platinum) emissiyasına başladı.

 
 

Azərbaycanda ilk özəl bank olaraq “Deka-Bank” KB ASC 1989-ci ildə təsis edilmişdir. Keçmiş sovet dönəmində kooperativ bank kimi xidmət göstərən “Deka-Bank” artıq 20 ildir ki, öz fəaliyyətini uğurla davam etdirir.
Sovet İttifaqı dağıldıqdan sonra 9 dekabr 1992-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Bankı “Deka-Bank”-ın (Bankın) lisenziyasını yeniləyərək kommersiya bankı kimi bütün növ bank əməliyyatlarının aparılması, fiziki və hüquqi şəxslərə çoxsaylı bank xidmətlərinin göstərilməsi üçün 68 saylı lisenziya vermişdir. Belə ki, hazırda Bank olaraq Respublika əhalisinə kredit, depozit, hesablaşma-kassa, plastik kartlarla əməliyyatlar üzrə bank xidmətləri göstərilir.

Bank bazarında 20 ildən artıq fəaliyyəti nəticəsində “DekaBank KB” ASC tədricən Azərbaycanın qabaqcıl banklarından birinə çevrilərək texniki və maliyyə bünövrəsini möhkəmləndirmişdir.

 
 

“VETO-CONSULTİNG” Məhdud Məsuliyyətli Cəmiyyəti 08 aprel 2015-ci il tarixindən etibarən daşınar və daşınmaz əmlakların (girov və ipoteka predmetlərinin) qiymətləndirilməsi sahəsində “Expressbank” Açıq Səhmdar Cəmiyyəti ilə əməkdaşlığa başlamışdır.

“Expressbank” ASC 1989-cu ildə yaradılmış və həmin tarixdən 2010-cu ilə dək “Azərnəqliyyatbank” ASC adı altında fəaliyyət göstərmişdir. 2008-ci ildə təşkilati struktur daxil olmaqla Bankda xeyli dəyişikliklər baş vermişdir. 2008-ci ildən etibarən “Azərnəqliyyatbank” ASC yeni brend siyasətinin həyata keçirilməsinə başlamış və prosesin nəticəsi olaraq Bank adını “Expressbank” ASC-yə dəyişmiş və 4 mart 2010-cu il tarixində yeni brend altında qeydiyyatdan keçmişdir.

Expressbank bazarda ən qabaqcıl təcrübə və yenilikləri tədbiq etməklə müştərilərə geniş və rahat maliyyə xidmətləri göstərən, müştərilərinin məmnuniyyətini əsas tutan və loyallığı təqdir edən bir brendə çevirmişdir.

 
 

- Beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsi istiqamətində Commerzbank ilə baş kredit sazişi imzalanmışdır;
- Beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdiriməsi məqsədilə ECO Ticarət və İnkişaf Bankından 2 milyon ABŞ dolları həcmində vəsait cəlb edilmişdir;
- Kiçik və Orta Sahibkarlığın maliyyələşdirilməsi portfelinin genişləndirilməsi məqsədilə responsAbility Investment AG-dən 2 milyon ABŞ dolları həcmində vəsait cəlb edilmişdir;
- Mikro, Kiçik və Orta Sahibkarlığın (MKOS) maliyyələşdirilməsini genişləndimək məqsədilə Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə 22 dekabr 2014-cü ildə imzalanmış 5 illik və ümumi həcmi 7 milyon ABŞ dolları olan kredit sazişi çərçivəsində nəzərdə tutulan məbləğin 2 tranşla cəlbi yekunlaşdırılmışdır;
- Global Climate Partnership Fondu ilə Enerji Səmərəliliyi layihələrinin maliyyələşdirilməsi məqsədilə 8 illik 10 milyon ABŞ dolları həcmində kredit sazişi imzalanmışdır;
- Mikromaliyyə portfelinin genişləndirilməsi məqsədilə GLS Alternative Investments Mikrofinanzfonds-dan 2,2 milyon ABŞ dolları həcmində vəsait cəlb edilmişdir;
- Bank nizamnamə kapitalını artıraraq 50 002 466 manata çatdırmışdır;
- Kart müştərilərinə İnternetdə təhlükəsiz kart əməliyyatları aparmaq üçün 3D Secure xidməti təklif edilməyə başlanılmışdır;
- “Elektron Hökumət” portalının operatoru Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə əməkdaşlıq çərçivəsində vətəndaşlara “Elektron arayış”dan istifadə etməklə vaxt itirmədən krediti operativ şəkildə rəsmiləşdirmək imkanı yaradılmışdır;

 
 

“Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti 2014-cü ilin aprel ayında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təsis edilmişdir. BOKT-nın yaradılmasında əsas məqsəd az gəlirli şəxslərə, sahibkarlara, fiziki və hüquqi şəxslərə, o cümlədən az təminatlı icmaların ümumi rifah halının yaxşılaşdırılmasına çalışan maliyyə institutlarına qısa və uzun müddətli, təminatlı və təminatsız kreditlər verməkdir. BOKT-nın missiyası öz müştərilərinin real bizneslərinə və ya istehlak məqsədləri üçün tələblərə uyğun yüksək səviyyəli kredit xidməti göstərməklə onların iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına yardım etməkdir. BOKT Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 25 iyun 2014 cü il tarixli 06-02069-2014 nömrəli xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərir.

Şirkətimiz 2014-cü ilin oktyabr ayından etibarən daşınar və daşınmaz əmlakların (girov və ipoteka predmetlərinin) qiymətləndirilməsi sahəsi üzrə “Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əməkdaşlığa başlamışdır.

 
 

“MCB Lizinq” QSC 2009-cu ilin oktyabr ayında qapalı səhmdar cəmiyyəti kimi təsis edilmişdir. Qısa vaxt ərzində əldə edilən uğurlar səhmdarda böyük maraq yaratmış və 2012-ci ilin oktyabr ayında səhm kapitalı artırılaraq AZN 1.7 mln-a çatdırılmışdır. Şirkətin əsas fəaliyyəti Azərbaycan iqtisadiyyatının gəlirli, rəqabətədavamlı sektorlarında fəaliyyət göstərən Kiçik və Orta Sahibkarlara (KOS) geniş həcmli maliyyə lizinqi məhsulları təqdim etməkdir.
Hal-hazırda “MCB Lizinq” QSC lizinq bazarında fəal rol oynayır və getdikcə öz fəaliyyətini genişləndirmək istiqamətində səy göstərir. Şirkətimiz fəaliyyətə başladığı 2010-cu ildən bu vaxta qədər ölkəmizdə və xaricdə fəaliyyət göstərən aparıcı dilerlər və istehsalçılarla etibarlı işgüzar əlaqələr qurmağa müvəffəq olmuşdur və bu əlaqələri daima inkişaf etdirməkdə maraqlıdır. Müştərilərin müraciətlərini ən qısa zamanda cavalandırıb onların tələblərinə cavab verən xidmətin göstərilməsi bizim hədəfimizdədir.

 
 

“Merkuri” bank olmayan kredit təşkilatı Azərbaycan Respublikası vətəndaşlarına müasir kredit texnologiyaları tətbiq etməklə maliyyə xidmətləri göstərmək üçün yaradılmışdır. Təşkilat 26 Sentyabr 2012-ci il tarixində Məhdud Məsuliyyətli Cəmiyyət olaraq dövlət qeydiyyatına alınmışdır. Təşkilata Azərbaycan Respublikası Mərkəzi bankı tərəfindən 01 Fevral 2013-cü il tarixində kreditlərin verilməsi və “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş digər fəaliyyət növləri ilə məşğul olmaq hüququ verən 06/06-150 saylı lisenziya verilmişdir.

“VETO-CONSULTİNG” Məhdud Məsuliyyətli Cəmiyyəti 01 iyun 2014-cü il tarixindən “Merkuri” bank olmayan kredit təşkilatı ilə qiymətləndirmə sahəsində rəsmi əməkdaşlığa başlamışdır.

 
 

“Joint Leasing Company” şirkətinin yaranma tarixi 1999-cu ilə təsadüf edir. Həmin il onun sələfi olan Azerileasing Şirkəti Azərbaycan Beynəlxalq Bankı (ölkənin ən iri bankıdır) və Türkiyənin Garantileasing şirkəti arasında birgə müəssisə kimi təsis edildi. 2002-ci ildə Garantileasing şirkəti Azerileasing BM-dəki iştirakını dayandırdı. Həmin ildən etibarən Azerileasing Azərbaycan Beynəlxalq Bankının törəmə şirkəti kimi fəaliyyətini davam etdirir. Kommersiya fəaliyyətinə 14 iyun 2007-ci ildə başlayan JLC bu gün Azərbaycan Respublikasında böyük lizinq aktivlərinə malik olan ən iri lizinq şirkətlərdən birinə çevrilmişdir.
JLC şirkətinin səhmdarları Azərbaycan Beynəlxalq Bankı (səhmdar kapitalının 47,6%-nin sahibi) və Böyük Britaniyanın DH Leasing Ltd. şirkətidir (52,4%).

Səhmdarların qərarı ilə 2013-cü ilin avqust ayında nizamnamə kapitalının həcmi 1 260 000 AZN-ə qədər artırıldı.

 
 

“PAŞA Sığorta” açıq səhmdar cəmiyyəti Azərbaycanın sığorta xidmətləri bazarında tanınmış liderlərdən biridir. Hal-hazırda şirkətin nizamnamə kapitalının həcmi 40 milyon manatdır. Kapitalın bu cür yüksək səviyyəsi “PAŞA Sığorta” şirkətinə öz sığorta öhdəliklərini əminliklə yerinə yetirməyə zəruri maliyyə imkanı verir və onun ödəmə qabiliyyətliliyinə zəmanət verir. Bundan başqa, şirkətin öz vəsaitləri ilə kifayət qədər təmin olunması, onun gələcək inkişafı üçün zəruri potensialının mövcudluğundan xəbər verir.  “VETO-CONSULTİNG” Məhdud Məsuliyyətli Cəmiyyəti 14 noyabr 2013-cü il tarixindən, sığorta hadisələrinin qiymətləndirilməsi sahəsi üzrə “PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyəti ilə rəsmi əməkdaşlığa başlamışdır.

 
 

“Meqa Sığorta” ASC fəaliyyətə 2010-cu ilin oktyabr ayında başlamışdır. 28 sığorta şirkəti arasında uğurla irəliləyərək aparıcı sığorta şirkətləri arasında layiqli yer tutmuşdur. “Meqa Sığorta” ASC fəaliyyətinə 2012-ci ildə Maliyyə Nazirliyi tərəfindən müddətsiz lisenziya (№ 000587) verilmişdir. Həmin ildə Şirkət ISO 9001:2008 keyfiyyət standartlarına layiq görülmüşdür, 2013-cü ildə də müvəffəqiyyətlə yenilənmişdir. “Meqa Sığorta” ASC müvafiq lisenziya əsasında 28 növ könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir. Şirkət qabaqcıl beynəlxalq sığorta və təkrarsığorta şirkətləri ilə əməkdaşlıq edir. 2012-ci ilin 28 mart tarixindən “Meqa Sığorta” ASC icbari sığorta növləri üzrə xidmətlərin göstərilməsi üçün İcbari Sığorta Bürosunun iştirakçı sığortaçıların reyestrinə daxil edilmişdir. 2015-ci ildə Avropa standartlarına uyğun olaraq keyfiyyət idarəetmənin, məhsul və xidmətlərin inkişafında yüksək nailiyyətlər qazandığına görə şirkət European Quality Award nominasiyasına layiq görülüb. “Meqa Sığorta” Şirkəti təklif etdiyi xidmət səviyyəsini nəzərə çarpacaq dərəcədə yüksəltməklə yanaşı müştəri məmnuniyyətinin artırılması istiqamətində ilbəil çalışır.