“Azər Türk Bank” ASC ilə əməkdaşlıq

/
10Dek2015

“Azər Türk Bank” ASC ilə əməkdaşlıq

“Azər Türk Bank” Açıq Səhmdar Cəmiyyəti 11 iyul 1995-ci ildən fəaliyyətdədir. Bankın səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. “Azər Türk Bank” ASC Türkiyə, ABŞ, İngiltərə, Almaniya və Rusiya bankları ilə müxbir münasibətlərə malikdir. Bank korporativ və fiziki müştərilərə geniş məhsul və xidmətlər təklif edir. Bank Bakı Banklararası Valyuta Birjasının, Azərbaycan Banklar Assosiasıyasının, Bakı Fond Birjasının, MilliKart Prosessinq Mərkəzinin, SWIFT və HÖP ödəniş sistemlərinin, habelə Western Union, UPT, Contact və Monex beynəlxalq təcili pul köçürmə sistemlərinin, eyni zamanda MasterCard İnternational beynəlxalq kart təşkilatının tərəfdaşıdır. Öz hesabına və ya müştərilərin hesabına qiymətli metalların və daş-qaşların satın alınması və satılması, qiymətli metalların əmanətə cəlb edilməsi və yerləşdirilməsi üzrə fəaliyyət növləri istisna olmaqla, Azər Türk Bank “Banklar haqqında” Qanunla nəzərdə tutulmuş digər fəaliyyət növlərini, o cümlədən fiziki və hüquqi şəxslərdən depozitlərin qəbulunu, fərdi və korporativ müştərilərə kreditlərin verilməsini, köçürmə və hesablaşma-kassa əməliyyatlarının aparılmasını, eləcə də digər maliyyə xidmətlərini həyata keçirir.

 

“VETO-CONSULTİNG” Məhdud Məsuliyyətli Cəmiyyəti 13 oktyabr 2014-cü il tarixindən Azər Türk Bankla qiymətləndirmə sahəsində rəsmi əməkdaşlığa başlamışdır.